Modern.az

İdmançımız qızıl medal qazandı

İdmançımız qızıl medal qazandı

İdman

4 Avqust 2025, 19:35

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan azərbaycanlı sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) Polşada keçirilən turnirdə qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, o, Varşavada Polşanın məşhur güləşçilərinin xatirəsinə təşkil edilən ənənəvi yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, G.Meşvildişvili ötən ay zədələndiyi üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada