Modern.az

"Fənərbağça"dan inamlı qələbə

"Fənərbağça"dan inamlı qələbə

İdman

31 Avqust 2025, 22:38

Futbol üzrə Türkiyə Superliqasında IV turun daha iki oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Joze Mourinyo ilə yolların ayrılmasından sonra ilk matçında İstanbul təmsilçisi Ankarada inamlı qələbə qazanıb - 3:1. Qarşılaşmada hesab 14-cü dəqiqədə avqotolla açılıb. Meydan sahiblərinin heyətində Pedu Pereyra topu öz qapısından keçirib. Qonaqların digər 2 qolunu isə Yussef En-Nesiri vurub. "Gənclərbirliyi"nin yeganə qoluna isə Dmitrios Qutas imza atıb.

 

Günün digər matçında isə "Başakşəhər" evdə "Eyüpspor"la qolsuz heç-heçə edib.

 

Qeyd edək ki, tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada