Modern.az

Rusiyanın nümayəndə heyəti Azərbaycana GƏLİR

Rusiyanın nümayəndə heyəti Azərbaycana GƏLİR

İdman

4 Sentyabr 2025, 16:19

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarevi Bakıda keçiriləcək MDB Oyunlarına səfərə dəvət edib.

Modern.az xəbər verir ki, bu barədə Deqtyarev özü KİV-ə bildirib.

"Beynəlxalq formatlar ölkələrarası formatda inkişaf edir. Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Bakıya yola düşməyə hazırlaşır. Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib, lakin səfərimlə bağlı qərarı ayrıca verəcəyəm", - Deqtyarev bildirib.

III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada