Modern.az

İki cüdoçumuz finalda

İki cüdoçumuz finalda

İdman

4 Sentyabr 2025, 18:01

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Modern.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Fərid Qarayev təsəlliverici görüşdə İsraildən olan İsak Aşpizlə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən F.Qarayev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Daha əvvəl Məhəmməd Musayev (66 kiloqram) və Nihad Məmişov (60 kiloqram) finala vəsiqə qazanıblar.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?