Modern.az

Zidan baş məşqçi postuna əsas namizəddir

Zidan baş məşqçi postuna əsas namizəddir

İdman

10 Sentyabr 2025, 18:24

Didye Deşamın Fransa millisinin baş məşqçisi postundan ayrılacağından sonra onu əvəzləyəcək əsas namizəd açıqlanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə Zinəddin Zidanın gələcəyi gözlənilir. Fransa Futbol Federasiyası 53 yaşlı mütəxəssisi yığmanın gələcək çalışdırıcısı kimi nəzərdən keçirir.

 

D.Deşamın milli komanda ilə müqaviləsinin müddəti 2026-cı il iyulun 31-də başa çatır. Zidan isə son olaraq İspaniyanın “Real Madrid” komandasında işləyib.

 

Qeyd edək ki, Fransa yığması DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan millisinin rəqibidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?