Modern.az

Şeydayev “Qarabağ”a qayıtdı

Şeydayev “Qarabağ”a qayıtdı

İdman

11 Sentyabr 2025, 07:46

“Qarabağ”da sürpriz transfer gerçəkləşib.

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə razılığa gəlib.

“Neftçi” ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən “köhlən atlar”ın heyətinə qayıdıb.

29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə “Qarabağ”da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya) və “Buriram Yunayted”də (Tayland) çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat