Modern.az

"Benfika" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

"Benfika" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

11 Sentyabr 2025, 09:50

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

Modern.az xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan Ceymi Robinson idarə edəcək

FIFA referisinə Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu