Modern.az

“Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi

“Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi

İdman

11 Sentyabr 2025, 10:58

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 96-cı pillədə qərarlaşıb.

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi 154,75 xala malikdir.

"Köhlən atlar" Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə sahibdir.

“Qarabağ” ötən ay açıqlanan siyahı ilə müqayisədə 17,50 xal artımına nail olub və 38 pillə irəliləyib.

Qeyd edək ki, komanda ötən cədvəldə 137,25 xalla 134-cü pillədə qərarlaşmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada