Modern.az

“Sabah”da ayrılıq

“Sabah”da ayrılıq

İdman

11 Sentyabr 2025, 11:52

“Sabah” futbol klubunun məşqçilər korpusunda ayrılıq yaşanıb.

Modern.az xəbər verir ki, Klubun mətbuat xidmətindən verilən məlumata görə, qapıçılar üzrə məşqçi Aleksey Antonyuk postunu tərk edib.

Rusiyalı çalışdırıcı həmyerlisi Vasili Berezutskinin dəvəti ilə ötən ilin dekabrında “tələbələr”ə qoşulmuşdu. Berezutski vəzifəsindən ayrılsa da, o, Azərbaycandakı işini davam etdirirdi.

41 yaşlı mütəxəssis bundan sonra ölkəsinin “Soçi” komandasında işləyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat