Modern.az

Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək

Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək

İdman

14 Sentyabr 2025, 10:43

17 yaşadək güləşçilər arasında 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

 

Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib.

 

Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Milli Gimnastika Arenasında müəyyənləşəcək.

 

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə