Modern.az

Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı 

Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı 

İdman

16 Sentyabr 2025, 12:27

Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.

Modern.az xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada “Kopenhagen” və Almaniyanın “Bayer” klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı