Modern.az

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

İdman

17 Sentyabr 2025, 10:34

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçirilən oyunda (3:2) zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumu ciddi deyil.

Modern.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, yarımmüdafiəçi ilə bağlı hər şey qaydasındadır: “Sadəcə o, dünən bir az yorulmuşdu”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi