Modern.az

AFFA-dan Rusiyanın Avropa futbol turnirlərinə qayıtmasını dəstəkləməsi xəbərinə REAKSİYA

AFFA-dan Rusiyanın Avropa futbol turnirlərinə qayıtmasını dəstəkləməsi xəbərinə REAKSİYA

İdman

17 Sentyabr 2025, 15:48

Rusiya mətbuatında UEFA-nın Albaniyada keçirilən iclasında Azərbaycanın Rusiya milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakının bərpasını dəstəklədiyi ilə bağlı xəbər yayılıb.

Modern.az xəbər verir ki, hətta Azərbaycanla yanaşı, Qazaxıstan, Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan və Macarıstan Rusiyanın geri dönməsinin tərəfdarı olduqlarını bildiriblər.

Polşa, Latviya, Litva, Estoniya, Ukrayna, həmçinin Fransa, Almaniya, Hollandiya, Danimarka, Belçika, İngiltərə, İrlandiya, Şotlandiya və İslandiya Rusiya təmsilçilərinin beynəlxalq turnirlərdə iştirakının bərpasının əleyhinə çıxıblar.

AFFA-dan “Apasport”a verilən məlumata görə, bu xəbər həqiqəti əks etdirmir.

Bildirilib ki, bununla bağlı UEFA-dan AFFA-ya sorğu gəlməyib. Sözügedən iclasda AFFA nümayəndələrindən heç kəs iştirak etməyib.

UEFA İcraiyyə Komitəsində üzvünün olmadığını bildirən AFFA bu işlərə qarışmağa səlahiyyətlərinin olmadığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi