Modern.az

"Qarabağ"ın qapıçısı: Biz tarix yazdıq

"Qarabağ"ın qapıçısı: Biz tarix yazdıq

İdman

17 Sentyabr 2025, 17:44

Komanda olaraq qazanılan nəticəyə görə çox xoşbəxtik.

Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Fabiyan Buntiç UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika”ya 3:2 hesabı ilə qalib gəldikləri ilk tur qarşılaşması barədə danışarkən deyib.

Almaniyalı qolkiper Lissabonda çox yaxşı oyun keçirdiklərini bildirib: “Hisslərimi sözlərlə ifadə etmək çətindir. Komandamız əzmkar oyun nümayiş etdirdi. Matça istədiyimiz kimi başlaya bilməsək də, sonda biz tarix yazmağı bacardıq. Buna görə çox xoşbəxtəm”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti görüşünü oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək. (AzərTac)

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi