"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
Modern.az-ın məlumatına görə, "Redd Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
Niderlandlı sürücü ikinci dəfə Bakıda qələbə sevinci yaşayıb.
O, daha əvvəl 2022-ci ildə də Azərbaycan Qran-prisində treki birinci pillədə başa vurub.
"Mercedes"dən Corc Rassell ikinci, Uilyams"dan Karlos Sayns üçüncü olub. Rassellin komanda yoldaşı Andre Kimi Antonelli dördüncü yeri tutubsa, "Reysinq Bulls"dan Liam Louson "beş-liy"i tamamlayıb.
***
16:29
"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışa start verilib.
Modern.az xəbər verir ki, mübarizə saat 15:00-da başlayıb.
Hazırda yarışa "Red Bull" pilotu Maks Ferstappen liderlik edir. Onu "Mercedes"dən Corc Rassell və "Uilyams"dan Karlos Sayns izləyir.
Xatırladaq ki, dünən keçirilən sıralama yarışında Maks Ferstappen birinci, Karlos Sayns ikinci, Lyam Lauson isə üçüncü olub.