Modern.az

Fransa 3 qolla qələbə qazandı

Fransa 3 qolla qələbə qazandı

İdman

11 Oktyabr 2025, 00:46

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başa çatıb..

 

Modern.az xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Rəqibin heyətində qolları Kilian Mbappe, Adrien Rabyo və Floryen Toven vurublar.

 

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edib.

 

Üç turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb.

 

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukraynaya qarşı keçirəcək.

 

****

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

 

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi