Modern.az

Ukrayna - Azərbaycan oyununun hakimləri bilindi

Ukrayna - Azərbaycan oyununun hakimləri bilindi

İdman

11 Oktyabr 2025, 15:28

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, UEFA-nın rəsmi saytında görüşü avstriyalı hakimlər briqadasının idarə ediləcəyi açıqlanıb.

Baş hakim Sebastyan Qisxamer olacaq. Ona Yorqen Roland Riedel və Santino Şrayner kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi