Modern.az

"Qarabağ" dünya reytinqində daha 14 pillə irəlilədi

"Qarabağ" dünya reytinqində daha 14 pillə irəlilədi

İdman

12 Oktyabr 2025, 11:25

"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib.

 

Modern.az-ın məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

 

171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. "Köhlən atlar" ötən ay 38 pillə irəliləmişdi.

 

"Sabah" (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.

 

"Araz-Naxçıvan" (66.5) 355-dən 391-ə, "Zirə" (65.5) isə 380-dən 407-yə düşüb.

 

Qeyd edək ki, 501 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 537 xalla liderdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Paşinyanla mübahisə etdi