Modern.az

Millimizin baqajı Ukrayna ilə qarşılaşmadan öncə itdi

Millimizin baqajı Ukrayna ilə qarşılaşmadan öncə itdi

İdman

12 Oktyabr 2025, 16:31

Sabah Polşada 2026-cı il il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baqajı yolda itib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə polşalı jurnalist Petr Slonka “Telegram” kanalında məlumat yayıb.

 

Azərbaycan yığması Krakov şəhərinə baqajsız gəlib və bu səbəbdən futbolçular Ukrayna ilə oyundan əvvəl məşqlərə vaxtında başlaya bilməyiblər.

 

Qeyd edək ki, hazırda Ukrayna 4 xalla qrupda ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi