Modern.az

Ukrayna millisindən çəkinmirik - Ayxan Abbasov

Ukrayna millisindən çəkinmirik - Ayxan Abbasov

İdman

12 Oktyabr 2025, 22:40

Sabah bizi gərgin oyun gözləyir.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

 

O, iki ardıcıl səfər oyunu keçirmələrinin çətin olduğunu bildirib. Baş məşqçi sözlərinə belə davam edib: "Görüşlər arasında da zaman azdır. Futbolçular da yorulur. Çalışacağıq ki, müəyyən dəyişikliklər edək. Bu matçda daha yaxşı olmalıyıq. Xal qazanmaq istəyirik. Rəqib də bu qarşılaşmaya final kimi baxır. Ukraynadan çəkinmirik. Gələcəyə nikbin baxmaq istəyiriksə, rahat və çəkinmədən mübarizə aparmalıyıq".

 

Baş məşqçi Ukrayna millisində fərdi keyfiyyətləri yüksək olan oyunçuların olduğunu söyləyib: "İslandiya ilə matçda da bunları gördük. Hücum xəttində olan futbolçular yüksək səviyyədə mübarizə aparırlar. Onlar, həmçinin Avropa klublarında çıxış edirlər. Bu fikirləri müdafiə xəttinə də aid etmək olar. Rəqiblə Bakıda oynadığımız üçün az da olsa, tanıyırıq".

 

A.Abbasov üç futbolçunun "23-lük"dən kənara qalacağını vurğulayıb: "İsmayıl İbrahimli və Ceyhun Nuriyev Fransa ilə matçda yox idilər. İsmayıl Parisdəki məşqimizdə zədə almışdı. Ceyhunun xəstəliyi var. Renat Dadaşov da tam hazır olmadığı üçün heyətdən kənarda qalacaq".

 

Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Paşinyanla mübahisə etdi