Modern.az

DÇ-2026: Ukrayna Azərbaycanı məğlub etdi - YENİLƏNİB

DÇ-2026: Ukrayna Azərbaycanı məğlub etdi - YENİLƏNİB

İdman

14 Oktyabr 2025, 00:46

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv IV tur çərçivəsində Polşada Ukrayna yığmasının qonağı olub. Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.

 

****

22:46

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

 

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

 

Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı