Modern.az

Arda Turan Ukrayna-Azərbaycan oyununda

Arda Turan Ukrayna-Azərbaycan oyununda

İdman

14 Oktyabr 2025, 00:19

"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Arda Turan DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada Ukrayna və Azərbaycan yığmaları arasında keçirilən IV tur oyununu canlı izləyir.

 

Modern.az xəbər verir ki, türkiyəli mütəxəssis Donetsk təmsilçisinin idman direktoru Dario Srna ilə birlikdə Yuzef Pilsudski adına arenada oynanılan matça tribunadan tamaşa edir.

 

Bir müddət əvvəl A.Turanın "Qarabağ"da çıxış edən Toral Bayramovla yaxından maraqlandığı, onu öz komandasında görmək istədiyi barədə xəbərlər yayılıb.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda hesab bərabərdir - 1:1.

Sizə yeni x var
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası