Modern.az

İngiltərə DÇ-2026-ya vəsiqə qazanan ilk Avropa komandası oldu - SİYAHI

İngiltərə DÇ-2026-ya vəsiqə qazanan ilk Avropa komandası oldu - SİYAHI

İdman

15 Oktyabr 2025, 09:07

İngiltərə millisi 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatına vəsiqə qazanan ilk Avropa komandası olub.

Modern.az xəbər verir ki, ötən axşam Avropadakı seçmə mərhələsində Latviyanı 5:0 hesabı ilə məğlub edən İngiltərə K qrupunda 18 xal toplayıb.

Dünən keçirilən oyunlardan sonra Cənubi Afrika, Qətər, Səudiyyə Ərəbistanı, Fil Dişi Sahili və Seneqal yığmaları da DÇ-2026-ya vəsiqə əldə edib.

Beləliklə, gələn il Kanada, Meksika və ABŞ-da keçiriləcək final mərhələsinin 48 komandasından 28-nin adına aydınlıq gəlib: Onlar aşağıdakılardı: 

1. Kanada 

2. Meksika 

3. ABŞ 

4. Yaponiya 

5. Yeni Zelandiya 

6. İran 

7. Argentina 

8. Özbəkistan 

9. Cənubi Koreya 

10. İordaniya  

11. Avstraliya 

12. Braziliya 

13. Ekvador 

14. Uruqvay 

15. Kolumbiya 

16. Paraqvay 

17. Mərakeş 

18. Tunis 

19. Misir 

20. Əlcəzair 

21. Qana 

22. Kabo-Verde 

23. Cənubi Afrika Respublikası 

24. Qətər  

25. İngiltərə 

26. Səudiyyə Ərəbistanı 

27. Fil Dişi Sahili 

28. Seneqal 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR