Modern.az

Messi öz adını daşıyan futbol turniri təsis etdi

Messi öz adını daşıyan futbol turniri təsis etdi

15 Oktyabr 2025, 11:32

Argentina milli komandasının və "İnter Mayami"nin kapitanı Lionel Messi yeniyetmələr arasında futbol turniri təsis edib.

Modern.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Ulduz futbolçunun adını daşıyan "Messi Kuboku" dekabrın 9-dan 14-dək Mayamidə keçiriləcək. Argentinanın “River Pleyt” və “Nyuells Old Boyz”, “İnter Mayami”, İspaniyanın “Barselona” və “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, eləcə də İtaliyanın “İnter” klublarının U-16 komandaları artıq turnirdə öz iştiraklarını təsdiqləyib.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, əvvəllər "Barselona" və PSJ-nin də formasını geyinib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada