Modern.az

Bu klubunun futbolçusu və baş məşqçisi 4 oyunluq cəzalandırıldı

Bu klubunun futbolçusu və baş məşqçisi 4 oyunluq cəzalandırıldı

İdman

15 Oktyabr 2025, 12:16

"Ağdaş" klubunun futbolçusu Ülvi Sarıyev və baş məşqçi Ruslan Hüseynov Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Qaradağ Lökbatan"la matçda hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar.

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

"Ağdaş"ın baş məşqçisi oyununun 45-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. Ü.Sarıyev isə 76-cı dəqiqədə eyni hərəkətə yol verdiyinə görə cəza alıb. Həm futbolçunun, həm də baş məşqçinin bu addımlarına görə "Ağdaş" klubu ümumilikdə 2000 manat cərimələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı