Modern.az

Ronaldu rekorda imza atdı

Ronaldu rekorda imza atdı

15 Oktyabr 2025, 12:42

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu tarixi rekorda imza atıb.

Modern.az xəbər verir ki, 40 yaşlı forvard Macarıstan yığması ilə ötən gecə keçirilmiş oyunda (2:2) dubl edərək dünya çempionatının seçmə mərhələlərində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Ronaldu 50 oyunda 41 dəfə fərqlənməklə, Qvatemala millisinin hücumçusu Karlos Ruisin (39 qol) rekordunu yeniləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada