AFFA Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyundan öncə baş məşqçi Ayxan Abbasov tərəfindən yığmanın düşərgəsindən göndərildiyinə dair iddialara aydınlıq gətirib.
Milli assosiasiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Baş məşqçinin də dediyi kimi, Renat matça tam hazır deyildi, özünü yaxşı hiss etmirdi və görüşə qədər tam olaraq sağalmamışdı. Buna görə də onun adı Ukrayna ilə oyunun iştirak ərizəsinə salınmadı”, - deyə vurğulanıb.
Qeyd edək ki, hazırda Polşanın "Motor" klubunda çıxış edən Renat Dadaşovun milli komandanın baş məşqçisi Ayxan Abbasovun qərarına etiraz etdiyi üçün yığmadan göndərildiyi barədə xəbərlər yayılıb.