Modern.az

Azərbaycan millisinin baş məşqçisi vəzifəyə təyin edildi

Azərbaycan millisinin baş məşqçisi vəzifəyə təyin edildi

15 Oktyabr 2025, 22:49

On iki il ərzində üzgüçülük üzrə milli komandamızın baş məşqçisi olmuş, bir sıra müvəffəqiyyətlər qazanmış təcrübəli mütəxəssis Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılaraq, fəaliyyətini Azərbaycan Üzgüçülük Federasiyasında müşavir kimi davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.

 

Azərbaycan İdman Akademiyasının professoru olan Rəşad Əbdürəhmanov həm istedadlı gənclərin aşkarlanmasına, həm milli komandanın inkişafına, eləcə də müxtəlif yaşlı üzgüçülərimiz tərəfindən beynəlxalq arenada qazanılmış uğurlara böyük töhfə verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada