Türkiyənin "Qalatasaray" klubu Ermənistan millisinin yarımmüdafiəçisi və Rusiyanın "Krasnodar" klubunun kapitanı Eduard Spertsyanı qış transfer hədəfləri siyahısına daxil edib.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın məlumatında bildirilib.
Bundan əvvəl mətbuatda Spertsyanla İngiltərənin "Mançester Yunayted" və "Brentford", Fransanın "Pari Sen Jermen", İtaliyanın "Atalanta", İspaniyanın "Jirona" və Hollandiyanın "Ayaks" klublarının maraqlandığı barədə xəbərlər yayılmışdı.
Türkiyə komandasının baş məşqçisi Okan Buruk hücumameyilli yarımmüdafiə mövqeyində Spertsyanı nəzərdən keçirir. "Qalatasaray" yanvarda Krasnodara rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Eduard Spertsyanın "Krasnodar"la müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir. Bu mövsüm erməni yarımmüdafiəçi 16 matçda 5 qol vurub.