Modern.az

2025-ci ilin ən çox qazanan futbolçuları - SİYAHI

2025-ci ilin ən çox qazanan futbolçuları - SİYAHI

İdman

17 Oktyabr 2025, 13:04

“Forbes” jurnalı 2025-ci ildə dünyanın ən çox qazanan futbolçularının siyahısını tərtib edib.

Modern.az saytı Qol.az-a istinadən xəbər verir ki, “Əl-Nəsr” klubununun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo siyahıda birincidir.

40 yaşlı futbolçu 2025/26 mövsümündə klubla kommersiya müqavilələrindən irəli gələn maddi stimullar və maaşı nəzərə alınmaqla “Əl-Nəsr”də 230 milyon dollar qazanacaq.

Portuqaliyalı sponsorluq müqavilələrindən əlavə 50 milyon dollar əldə edəcək. Bu, 40 yaşlı oyunçunun vergilər və agent komissiyaları çıxılmamış illik gəlirini 280 milyon dollara çatdırır.

İkinci yeri “İnter Mayami”nin və Argentinanın hücumçusu Lionel Messi (130 milyon dollar), üçüncü yeri isə “Əl-İttihad”ın hücumçusu Kərim Benzema (104 milyon dollar) tutur.

2025-ci ilin ən çox qazanan futbolçuları:

1. Kriştiano Ronaldo (Portuqaliya, “Əl-Nəsr”) — 280 milyon dollar
2. Lionel Messi (Argentina, “İnter Mayami”) — 130 milyon
3. Kərim Benzema (Fransa, “Əl-İttihad”) — 104 milyon
4. Kilian Mbappe (Fransa, “Real Madrid”) — 95 milyon
5. Erlinq Haland (Norveç, “Mançester Siti”) — 80 milyon
6. Vinisius (Braziliya, “Real Madrid”) — 60 milyon
7. Məhəmməd Salah (Misir, “Liverpul”) — 55 milyon
8. Sadio Mane (Seneqal, “Əl-Nəsr”) — 54 milyon
9. Cud Bellingem (İngiltərə, “Real Madrid”) — 44 milyon
10. Lamin Yamal (İspaniya, “Barselona”) – 43 milyon.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ