Modern.az

Yığmamız Millətlər Liqasına qələbə ilə başladı

Yığmamız Millətlər Liqasına qələbə ilə başladı

İdman

17 Oktyabr 2025, 14:10

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib.

Modern.az xəbər verir ki, açılış oyununda Azərbaycan və Belçika komandaları üz-üzə gəliblər. “ASCO Arenada” təşkil olunan matç Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb-3:0. Komandamızın qollarına Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev imza atıblar.

Bu gün, həmçinin İsrail Ukrayna, Niderland Belçika ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq, saat 15:00 və 17:00-da başlayacaq.

Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada