Modern.az

“Qarabağ” 2 qolla qalib gəldi

“Qarabağ” 2 qolla qalib gəldi

İdman

17 Oktyabr 2025, 21:33

Misli Premyer Liqasının VIII turunda “Qarabağ” “Turan Tovuz”u məğlub edib.

 

Modern.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

 

“Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.

 

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Turan Tovuz” isə 15 xalla ikincidir.

 

Qeyd edək ki, turun bu gün baş tutan “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi