Misli Premyer Liqasının VIII turunda daha bir matç keçirilib.
Modern.az xəbər verir ki, "Qəbələ" "İmişli"nin qonağı olub.
Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "İmişli" 9 xalla səkkizinci yerdədir. 10-cu pillədə qərarlaşan "Qəbələ"nin isə 5 xalı var.
Qeyd edək ki, turun dünən keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. VIII tura oktyabrın 19-da yekun vurulacaq.