Modern.az

“Qarabağ”ın “Atletik”lə matçını bu hakimlər idarə edəcək

“Qarabağ”ın “Atletik”lə matçını bu hakimlər idarə edəcək

İdman

20 Oktyabr 2025, 12:46

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” (İspaniya) – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

Modern.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Iqor Payaç olacaq. Ona yan xətdə Boyan Zobenitsa və İvan Mihali kömək edəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 22-də keçirləcək “Atletik” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı