40 yaşlı portuqaliyalı futbolçu - "Əl-Nasr" klubunun hücumçusu Kriştianu Ronaldonun 15 yaşlı oğlu Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasına ilk çağırışını alıb.
Modern.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytında bildirilib.
Səudiyyə Ərəbistanının gənclərdən ibarət “Əl-Nəsr” komandasında çıxış edən kiçik Ronaldo Türkiyənin Antalya şəhərində keçiriləcək Federasiya Kubokunda çıxış edəcək.
Portuqaliya millisi turnirdə Türkiyə (30 oktyabr), Uels (1 noyabr), İngiltərə (4 noyabr) ilə qarşılaşacaq.