Modern.az

“Qarabağ”dan xal qazanmaq fürsətimiz var - “Atletik”in baş məşqçisi

“Qarabağ”dan xal qazanmaq fürsətimiz var - “Atletik”in baş məşqçisi

İdman

21 Oktyabr 2025, 17:14

“Qarabağ”la matçda xal qazanmaq üçün fürsətimiz var.

Modern.az xəbər verir ki, bu sözləri İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis Ağdam klubuna hörmətlə yanaşdıqlarını bildirib:

“Təbii ki, turnir cədvəlində onlar bizdən öndədirlər. Biz isə sonuncuyuq. Niyyətimiz, əlbəttə ki, qələbə qazanmaqdır. Bu, bizim əsas istəyimizdir. “Qarabağ”a hörmətlə yanaşırıq, çünki bizdən əvvəl Çempionlar Liqasının köklü komandaları olan “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Rəqibin potensialını yaxşı bilirik. Bu həftə oynayacağımız ilk matçdır. Ona görə də özümüzü tam hazır və gümrah hiss edirik”.

Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?