Modern.az

Dəhşətli qəzada ölən qardaş və bacıların FOTOSU

Dəhşətli qəzada ölən qardaş və bacıların FOTOSU

İdman

22 Oktyabr 2025, 22:54

Oktyabrın 21-də Oğuz-Şəki avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

 

Modern.az xəbər verir ki, qəza nəticəsində həyatını itirən qardaş və iki bacının yaxınları hadisə barədə danışıblar.

 

"Bir ailəni başsız qoydu. Qardaşımın, uşaqların üzünə baxa bilmirik. Gəlinimizin üç uşağı yetim qaldı", - qohumlardan biri söyləyib.

 

Qeyd edək ki, iki avtomobilin toqquşması nəticəsində maşınların birində olan 44 yaşlı Pərvanə Mehdiyeva, onun bacısı 26 yaşlı Yeganə Məmmədova və qardaşı 33 yaşlı Turan Rəsullu hadisə yerində dünyasını dəyişiblər. Digər avtomobilin sürücüsü 48 yaşlı Ədalət Abbasov və sərnişin 43 yaşlı Nuranə Həsənova ağır xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır. (Mənbə: Baku TV)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!