Modern.az

“Qarabağ” Çempionlar Liqasında aşağı pillələrə düşdü - CƏDVƏL

“Qarabağ” Çempionlar Liqasında aşağı pillələrə düşdü - CƏDVƏL

İdman

23 Oktyabr 2025, 09:02

Ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

Modern.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Qarabağ” klubu İspaniyada yerli "Atletik - Bilbao" ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Bu məğlubiyyətdən sonra “Qarabağ” Çempionlar Liqasının turnir cədvəlində 6-cı pilldən aşağı pillələr enib.

Belə ki, komandamız hazırda 6 xalla 13-cü sırada qərarlaşıb. 

“Qarabağ” 1-ci turda "Benfika"ya, 2-ci turda isə "Kopenhagen"ə qalib gəlib və 6 xalı var.

Qeyd edək ki, "Qarabağ” 4-cü turda Bakıda “Çelsi” (İngiltərə) ilə qarşılaşacaq.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.





 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?