Modern.az

Azərbaycanın hakimi beynəlxalq oyunu idarə edəcək

Azərbaycanın hakimi beynəlxalq oyunu idarə edəcək

İdman

23 Oktyabr 2025, 10:40

Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

Bu barədə Modern.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

K.Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Loznica-Grad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Luxol St.Andreus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.

FIFA referisi oktyabrın 30-da keçiriləcək "Luxol St.Andreus" - "Loznica-Grad 2018" qarşılaşmasında isə birinci hakim olacaq.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada