Modern.az

"Sabah"-"Araz-Naxçıvan" oyununda heç-heçə

"Sabah"-"Araz-Naxçıvan" oyununda heç-heçə

İdman

25 Oktyabr 2025, 18:46

Azərbaycan Premyer Liqasında IX turun növbəti matçında “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 2:2.

 

Muxtar Respublika təmsilçisinin qollarını 58-ci dəqiqədə İssuf Paro, 90+9-da isə Ba-Muaka Simakala vurub.

 

Masazır komandasından Stiv Solvet (54) və Coy-Lens Mikels (73 - pen.) fərqləniblər.

 

“Araz-Naxçıvan” 16 xalla üçüncüdür. 1 xal az toplayan “Sabah” dördüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır