Modern.az

Abubakar “Neftçi”yə üç xal qazandırdı

Abubakar “Neftçi”yə üç xal qazandırdı

İdman

26 Oktyabr 2025, 19:39

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları İfeanyi Metyu və yeni transfer Vensan Abubakar vurublar. Həmçinin, Abubakar birinci qolun məhsuldar ötürməsini verib.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) üstələyib. "Araz-Naxçıvan" - "Sabah" görüşü 2:2 hesablı heç-heçə ilə bitib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı