Türkiyə Super Liqasında X turun görüşləri davam edir.
Modern.az xəbər verir ki, günün ilk matçında "Antalyaspor" öz meydanında 5 oyundur qələbə qazana bilməyən "Başakşəhər"i qəbul edib.
Qonaqlar rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb - 4:0.
Turun digər matçında isə lider "Qalatasaray" öz meydanında "Göztəpə"ni sınağa çəkib.
Oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.