Modern.az

“Qarabağ”la matçda oynamayacaq...

“Qarabağ”la matçda oynamayacaq...

İdman

27 Oktyabr 2025, 23:55

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan İtaliyanın "Napoli" komandasının yarımmüdafiəçisi Kevin De Bruyne 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Modern.az “Sky Sport”a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin sağ bud nahiyəsində yırtıq aşkarlanıb. Konservativ müalicə uğurlu alınmasa, futbolçunun əməliyyat olunacağı bildirilib.

 

Bu səbəbdən oyunçu Liqa mərhələsinin V turunda İtaliyada Ağdam təmsilçisi ilə görüşdə komandasına kömək edə bilməyəcək. Qarşılaşma noyabrın 26-da keçiriləcək.

 

De Bruyne A Seriyasının VIII turunda "İnter"ə 3:1 hesabı ilə qalib gəldikləri matçın 33-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirdikdən sonra zədələnib və meydanı vaxtından əvvəl tərk edib.

 

Qeyd edək ki, “Napoli” hazırda 3 xalla Çempionlar Liqasında turnir cədvəlinin 23-cü pilləsində yer alıb. “Qarabağ” isə 6 xalla 13-cü sırada qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı