Modern.az

"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarıldı

"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarıldı

İdman

29 Oktyabr 2025, 15:04

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri satışa çıxıb.

Modern.az xəbər verir ki, satışa saat 15:00-da start verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq