Modern.az

Azərbaycanın FIFA referisi "Napoli"nin oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi "Napoli"nin oyununa təyinat alıb

İdman

31 Oktyabr 2025, 19:49

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək "Napoli" (İtaliya) - "Ayntraxt" (Almaniya) oyununun baş hakimi olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

 

Bildirilib ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

 

Noyabrın 4-də Çerkola şəhərində yerləşən "Cüzeppe Pikkolo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?