Misli Premyer Liqasında 10-cu tur davam edir.
Modern.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.
“Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edib. "Zirə" əvvəlcə hesabda geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanmağı bacarıb. 10 turdan sonra 5 xalı olan Yevlax klubu 11-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 19 xalla 2-cidir.