Modern.az

Azərbaycan idmançısı Avropa çempionu oldu

Azərbaycan idmançısı Avropa çempionu oldu

İdman

1 Noyabr 2025, 21:55

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Modern.az xəbər verir ki, o, finalda polşa təmsilçisi Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu olmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu