Modern.az

Baş məşqçi oyun zamanı dünyasını dəyişdi

Baş məşqçi oyun zamanı dünyasını dəyişdi

İdman

4 Noyabr 2025, 09:36

Serbiyada futbol klubunun baş məşqçisi oyun zamanı huşunu itirərək dünyasını dəyişib.

Modern.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Mladen Zizoviç oktyabrın 23-də Serbiyanın "Radniçki" klubunun baş məşqçisi təyin edilib.

Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında üç oyun keçirib. Bir gün əvvəl “Mladost”la oyunun 22-ci dəqiqəsində komandası 2:0 hesabı ilə qalib gələrkən, Zizoviç huşunu itirib. Hakim oyunu dayandırıb, məşqçini təcili yardım maşını ilə aparıblar və oyun yenidən başlayıb. İyirmi dəqiqədən sonra baş məşqçinin öldüyü elan ediblər.

Bundan sonra hakim oyunu həmişəlik dayandırıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində