Oktyabrın 28-31-də Bakı şəhərində yerləşən “Jolly Joker Bakı”da Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) dəstəyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yeniyetmələr, gənclər, böyüklər, master və qrand master kateqoriyalarında qol güləşi üzrə dünya çempionatı keçirilib.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Çempionatda dünyanın 30 müxtəlif ölkəsindən 400-dən çox idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb.
Yarışda iştirak edən FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev +105 kq çəki dərəcəsində master kateqoriyasında 10 idmançı arasında sağ qol ilə mübarizə apararaq çempionatın bürünc medalına layiq görülüb. Qalibə medal və çempionatın sertifikatı təqdim edilib.
5 noyabr 2025-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev nailiyyət qazanmış əməkdaşla görüşərək təbrik edib, gələcək yarışlarda uğurlar arzılayıb.