Modern.az

“Qarabağ”ın oyunu heç-heçə ilə başa çatdı - VİDEO

“Qarabağ”ın oyunu heç-heçə ilə başa çatdı - VİDEO

İdman

5 Noyabr 2025, 23:45

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Model.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

***

23:03

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda dördüncü qol vurulub.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 53-cü dəqiqəsində rəqibin heyətində Alexandro Qarnaço diqqət mərkəzinə düşüb – 2:2.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

***

22:27

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda üçüncü qol vurulub.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 39-cu dəqiqəsində komandamızın heyətində Marko Yankoviç penaltidən rəqibi cəzalandırıb.

***

22:16

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 29-cu dəqiqəsində komandamızın heyətində Leandro Andrade rəqibi cəzalandırıb..

***

22:03

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir..

***

21:45

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu